Misir Parlamenti Yunanıstanla dənizdə yurisdiksiyanı məhdudlaşdırmaqla bağlı əldə etdiyi razılaşmanı təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, parlamentin Konstitusiya və Qanunvericilik Komissiyası sözügedən sazişi təsdiq edib.
Sənədə görə, razılaşma ilə tərəflər arasında dənizdə yurisdiksiya sahələri qismən müəyyən edilib və digər məhdudiyyətlər gələcək danışıqlar nəticəsində həllini tapacaq.
Rəsmi Afina iyunun 9-da İtaliya, avqustun 7-də isə Misirlə Azad İqtisadi Zona anlaşmaları imzalayıb.
Əlavə edək ki, sözügedən anlaşma Türkiyə tərəfindən etirazla qarşılanmışdı. Rəsmi Ankara iki ölkənin bu addımını özünə qarşı həmlə və təhdid hesab edir.