18 Avqust 2020 11:41
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Enerji naziri Alexander Novakın yeni növ koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin bildirib.

Baş nazir Alexander Novakın ən qısa zamanda sağalacağına ümid etdiyini deyib.

Rusiya Energetika Nazirliyinin məlumatına görə, nazirin COVID-19 simptomları azdır və özünü yaxşı hiss edir. Rusiyalı nazirin sabah OPEC iclasında videokonfrans vasitəsilə iştirak edəcəyi gözlənilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər