21 Avqust 2020 22:45
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İraqda hərbi qüvvə saxlamasının səbəbinə aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, Tramp İranın bu ölkəyə qarşı mümkün hərbi təcavüzünün qarşısını almaq üçün İraqda hərbi qüvvə saxlandığını deyib.

Onun sözlərinə görə, Vaşinqton İraqda hərbi qüvvə saxlamağa məcbur qalmayacağı günü səbirsizliklə gözləyir.

Qeyd edək ki, hazırda ABŞ-ın İraqda 5 min nəfərlik hərbi kontingenti var.

Dünən İraqın Baş naziri Mustafa əl-Kazımi Ağ Evdə Donald Trampla görüşüb. Kazımi ABŞ səfərindən bir müddət əvvəl İrana səfər edərək, burada bir sıra rəsmilər, eləcə də dini lider Əli Xameneyi ilə görüşmüşdü.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər