Belarusun keçmiş prezidentliyə namizədi Svetlana Tixanovskaya yeni seçkilər olacağı təqdirdə namizəd olmayacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “Belsat” telekanalına müsahibəsində danışıb.
“Xeyr, mən bu vəzifəyə namizəd olacağımı planlaşdırmıram”, - Tixanovskaya bildirib.
Qeyd edək ki, avqustun 9-da Belarusda ölkənin indiki lideri Aleksandr Lukaşenko tərəfindən altıncı dəfə qazanılmış prezident seçkilərindən sonra kütləvi etiraz aksiyaları başlayıb. MSK-nın məlumatına görə, o, səslərin 80,1% -ni qazanıb. Müxalifət seçkidə Lukaşenkonun yox, Svetlana Tixanovskayanın qalib gəldiyinə inanır.