ABŞ Prezidenti Donald Tramp koronavirus əleyhinə vaksinlə bağlı ilginc açıqlama verib.
Teleqraf.com xəbər verir ki, ABŞ prezidenti peyvəndin gecikmə səbəbi barədə sensasion iddia irəli sürüb.
"Dərin dövlət və ya kimlərsə dərman firmalarının peyvənd və müalicəni insanlar üzərində tətbiq etməsini çətinləşdirir. Açıq şəkildə görünür ki, onlar vaksini noyabrın 3-dən sonraya təxirə düşəcəyinə ümid edirlər. Sürətə fokuslanmalı və insanların həyatını xilas etməliyik", - deyə Tramp bildirib.