Rusiya və Türkiyə S-400 zenit-raket kompleksi ilə bağlı gələn il müqavilə imzalayacaq.
Teleqraf.com xəbər verir ki, bunu “Rostec” dövlət şirkətinin rəhbəri Sergey Çemezov açıqlayıb.
Onun sözlərinə görə, iki ölkə yeni S-400-lər üçün anlaşma imzalayacaq.
Sergey Çemezov qeyd edib ki, Rusiya yeni partiya S-400 komplekslərini Türkiyəyə göndərə biləcək.
Xatırladaq ki, ötən il Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması Ankara ilə Vaşinqton arasında gərginliyə səbəb olmuşdu.