23 Avqust 2020 15:26
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son sutkada Qırğızıstanda COVID-19 koronavirusuna 134 nəfər yoluxub və pandemiya dövründə bu rəqəm 43 min 23 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, son 24 saatda virusdan 1 xəstə vəfat edib və ölənlərin sayı yeni statistika ilə 1060 nəfər olub. Həmçinin son gündə virusa 6, ümumiyyətlə isə 3 min 92 tibb işçisi yoluxub.

Məlumatda qeyd olunub ki, son gündə Moskvadan Bişkekə 236, Sankt-Peterburqdan 166, Moskvadan Oş şəhərinə 174, Novosibirskdən isə 152 Qırğızıstan vətəndaşı gətirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər