İraqın Mosul şəhərinin Giver bölgəsində öldürülən “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı üzvünün Almaniya vətəndaşı olduğu bildirilib.
Teleqraf.com Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, İraqın Kərkük şəhərində İŞİD silahlılarının irəliləmə xəbəri peşmərgə güclərini hərəkətə gətirib. Onların bu bölgədə keçirdiyi əməliyyat zamanı İŞİD-in 1 üzvünün öldürüldüyü bildirilib. Öldürülən şəxsin alman olduğu qeyd edilir.
Bundan əlavə Kərkükdə və ətraf rayonlarda ağır silahlardan aşılan atəş nəticəsində İŞİD-in 23 üzvü öldürlüb, 67-si isə ağır yaralanıb.
Yayılan məlumatlara görə, İraqın Enbar və Mosul Zummar bölgələrində də koalisiya qüvvələrinin hava əməliyyatı, İraq ordusu ilə peşmerge güclərinin qurudan hücumu nəticəsində İŞİD-in 61 üzvü də məhv edilib. Bununla yanaşı terror təşkilatına məxsus 20 texnika, 2 tank və yanacaq daşıyan 2 tankerin yararsız hala salındığı ifadə edilir.
Şenqal dağı ətrafında gedən döyüşlərdə isə İraq ordusu 15 İŞİD militanını öldürdüyünü açıqlayıb.
Samir