24 Avqust 2020 19:26
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Rəsmi Vyananın qərarına cavab olaraq, Avstriya səfirini "persona non qrata" elan edib.

Teleqraf.com xəbr verir ki, Rusiya Xarici İşlər Nazirliyi Avstriyanın Moskva səfiri Yohannes Aiqneri XİN-ə çağıraraq onun Kreml üçün arzu olunmaz şəxs sayıldığını diqqətinə çatdırıb və ölkəni tərk etməsi üçün vaxt verib.

Qeyd edək ki, daha öncə rəsmi Vyana rus diplomatın ölkədən çıxarılması barədə qərar verib. Buna səbəb kimi, rus diplomatın casusluqla məşğul olması iddia edilir. Avstriya Xarici İşlər Nazirliyi Rusiyanın davranışının “diplomatik münasibətlər haqqında konvensiyaya zidd olduğunu” açıqlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər