İranda gecə saatlarında baş verən zəlzələ Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində də hiss olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Gecə saatlarında İranda 3.1 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin episentri Parsabad şəhərindən 27 km cənubda, 12 km dərinlikdə yerləşib. Zəlzələnin episentrdə silkələnmə 4 bal təşkil edib.
Qeyd olunur ki, Dağlıq Qarabağda – Xankəndində zəlzələ 2 bal gücündə hiss olunub.