25 Avqust 2020 22:57
6 635
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yunanıstan və Türkiyə vasitəçi olmadan danışıqlara başlamalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya Xarici işlər naziri Hayko Maas deyib.

“Aralıq dənizinin şərqindəki gərginlik həm Avropa İttifaqı, həm də NATO daxilində narahatlığa səbəb olub. Buna görə də Ankaraya gedəcəyəm. Almaniya və Avropa İttifaqı Türkiyə ilə Aralıq dənizində gərginlik yaşayan Yunanıstanın yanındadır. Aralıq dənizinin şərqində odla oynayırlar. Ən kiçik qığılcım fəlakətə səbəb ola bilər, bunu da kimsə istəmir. Kimsə iki NATO ölkəsi arasında savaş da istəmir. Dialoq şanslarından istifadə olunmasına kömək etmək niyyətindəyik”, - nazir bildirib.

Hayko Maas hər iki tərəfi dialoqa çağırıb: “Aralıq dənizinin şərqində bütün dağıdıcı fəaliyyətlərdən çəkinməli, təxribatlara son qoyulmalıdır. Almaniya hər iki ölkə arasında dialoqa dəstək verməyə hazırdır”.

Hazırda Afinada olan Almaniyanın baş diplomatının bir neçə saat sonra Türkiyəyə gələcəyi açıqlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər