29 Avqust 2020 19:17
1 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) türk düşməni olan YPG/PKK terror təşkilatına texniki kəşfiyyatın mövzusunda təcrübə keçmək məqsədilə Suriyaya mütəxəssislər göndərdiyi ortaya çıxıb.

Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, 2017-ci ildə YPG ilə gizli görüşlərə başlayan BƏƏ sonrakı illərdə YPG nəzarətində olan bölgələrə kəşfiyyat mütəxəssisləri göndərib.

Beləcə BƏƏ-dən gələn mütəxəssislər terrorçulara casusluq, casusluqla mübarizə, təxribat, sui-qəsd aktları, informasiya təhlükəsizliyi, rabitə şəbəkəsi və digər mövzularda təlimlər keçib. Belə təlimlər əsasən Suriyanın Qamışlı, Haseke və Deyrizzorda təşkil olunub.

Türkiyə mediası hətta Suriyada YPG-yə dəstək verən BƏƏ-nin bəzi mütəxəssislərinin kod adlarını da əldə edib.

Əbdüllətif Əbdülqadir Hamruş kod adlı agent Qamışlıda YPG/PKK-da informasiya təhlükəsizliyi və siqnal kəşfiyyat sahəsi mövzusunda 1 il müddətində həm işləyib, həm də təcrübə dərsləri keçib.

Məhəmməd Əbdülqadir əl-Şəhhi kod adlı casus YPG adına Suriyada sui-qəsdlər həyata keçirib.

Əhməd Rəşid Məhəmməd isə şifrə və kommunikasiya sahəsində terrorçular hazırlayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər