ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı bazar ertəsi 6 002 615-ə çatıb. Bunu Cons Hopkins Universitetinin hesablaması təsdiq edir.
Teleqraf.com xəbər verir ki, universitetin məlumatına görə, ABŞ-da xəstəlikdən 183 min 203 nəfər ölüb, 2 milyon 153 min 939 nəfər sağalıb.
Ən çox yoluxma halı (706 min 731) Kaliforniyada qeydə alınıb. Ondan sonra Texas (629 min 680), Florida (623 min 471) və Nyu-York (434 min 100) gəlir.
Cons Hopkins Universitetinin məlumatında koronavirus pandemiyası başlanandan bəri dünyada 25,2 milyondan çox insanın xəstəliyə yoluxduğu, 546 mindən çox insanın öldüyü bildirilir.