13 Oktyabr 2014 12:50
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Con Kerri Kobanidə “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının törətdiklərini faciə adlandırıb.

Teleqraf.com Sabah qəzetinə istinadən xəbər verir ki, Kerri bunu Qahirədə Qəzzanın yenidən abadlığı üçün keçirilən konfransda səsləndirib. Onun sözlərinə görə, ABŞ-ın Kobanidəki vəziyyətdən çox narahatdır, ancaq koalisiya güclərinin İŞİD-i tam məhv etməsi üçün zamana ehtiyac var.

Kerri ölkəsinin İŞİD-i zəiflətməyə qadir olduğunu vurğulayaraq, bütün dünya dövlətlətini dəstək verməyə çağırıb.

Qeyd edək ki, Kobanidə kürd döyüşçüləri ilə İŞİD təşkilatı arasında şiddətli döyüşlər davam edir.

Samir


Müəllif:

Oxşar xəbərlər