Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 13 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqədar vəziyyətin monitorinqi üzrə operativ qərargah məlumat yayıb.
Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 13 xəstənin həyatını itirdiyi bildirilir.
Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 4 891 nəfərə çatıb.