6 Sentyabr 2020 16:55
1 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Dünya müharibəsi ilə bağlı həqiqətlərin unudulmaması üçün əlimizdən gələn hər şeyi etməliyik.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Heç kimə heç bir şey sübut etmək məcburiyyətində deyilik. Amma bu həqiqətin unudulmaması üçün hər şeyi etməliyik. Əlimizdə yetərincə arxiv sənədləri, videolar, fotolar var. Bəzi fürsətçilərə siyasi məqsədlərinə çatmaq üçün bu tarixi təhrif etmək və eyni zamanda faşizmlə mübarizədə canlarından keçmiş ata və babalarımızın xatirəsini kirlətmək imkanı verməyəcəyik”, - Putin bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər