1925-ci ildə Adanada "Gilodo Nəbati" yağ fabrikini quran iş adamı Gilodo qardaşlarının İngiltərə kəşfiyyatına işlədikləri ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə Cümhuriyyətinin elan olunmasından iki il sonra 1925-ci ildə Adanada "Gilodo Nəbati" yağ fabrikinin İngiltərə kəşfiyyatının mərkəzi kimi fəaliyyət göstərdiyinə dair iddialar Təhlükəsizlik Xidmətinin arxivlərində yer alır.
Fabriki quran iş adamı Rafail Gilodo və qardaşı Salomon Gilodo İngiltərə kəşfiyyatının tabeliyində olublar. Bu iddianı ilk dəfə mətbuata Sərvət Avşar adlı yazar çıxarıb. Avşar tərəfindən ortaya çıxarılan və Təhlükəsizlik Müdirliyinin arxivində qorunan 11312-11336 nömrəli dosyedə informasiya və təqib qeydlərinə görə, Rafail Gilodo Rusiyada bolşeviklərin güclənməsindən sonra İstanbulda yerləşib. Gilodo ilkin dönəmlərdə İstanbul və Adanada Türkiyə əleyhinə İngiltərə kəşfiyyatı üçün işləyib.
Türkiyə Cümhuriyyətinin elan olunmasının ardından Adanada yerləşən Gilodo qardaşları əvvəlcə pambıq ticarətinə girişiblər. Daha sonra 1925-ci ildə isə yağ fabriki quraraq işlərini genişləndiriblər.
Bir müddət sonra türk vətəndaşlığını seçən Gilodo qardaşları İngiltərədən gətirdikləri dəzgahlar sayəsində 10 il ərzində yağ istehsali ilə məşğul olublar. Bu addımlar yerli Adana sakinləri tərəfindən müsbət qarşılanıb.
İllər keçdikcə çoxlu əcnəbinin daim fabrikə girib-çıxması yerli sakinləri bir qədər narahat edib. 1934-cü ildə Adanada ticarətlə məşğul olan kpirli Əhməd Rasim dövrün baş naziri İsmət İnönüyə göndərdiyi məktubdan sonra Gilodo qardaşları türk kəşfiyyat qurumlarının nəzarətinə götürülüb.
Arxivdəki dosyedə də bəhs edilən fabrikin ingilis sərmayəi ilə qurulduğu, tamamilə İngiltərənin əməl və maraqları istiqamətində fəaliyyət göstərdiyi qeyd edilir.
Gilodo qardaşlarına aid olan fabrikin İngiltərə kəşfiyyatının Adanadakı gizli şəbəkəsi kimi fəaliyyət göstərdiyi, Adanadakı pambıqçılığı sıradan çıxarmağa hədəfləndiyi, Fələstinə gedəcək alman yəhudilərə yardım mərkəzi olduğu da qeydlərdə yer alır.
Seyhan valiliyinin 1933-cü ildə Əminiyyət Siyasi Şöbə və Daxili İşlər Nazirliyinə göndərdiyi məktubda deyilir: “Adanada günəbaxan əkini Giodo qardaşları tərəfindən aparılır. Bunun əsl səbəbi pambığın böyük pullar qazandırmaması və fabrikin pambıqdan xilas olması üçün xammalla təmin etməkdir. Bunun Adanada pambıqçılığı sıradan çıxarmaq üçün ingilislərin siyasəti olduğuna heç bir şübhə yoxdur”.
Daxili İşlər Nazirliyi 1933-cü ildə Seyhan valiliyinə göndərdiyi məktubda isə "Gilodo" fabrikində işləyənlərin casus olmalarını sübut edəcək bütün addım və təqdiblərin həyata keçirilməsinə icazə verildiyi qeyd edilir. Bildirilir ki, "Gilodo" fabriki İngiltərə sərmayəsi ilə qurulub, ingilislərin nəzarəti altında fəaliyyət göstərir, hazırda fabrik müdri olan Gilodonun əvvəlki illərdə ingilislərlə birlikdə işləyən casus olduğu bəllidir.