Prezident Vladimir Zelenski postunda qalarsa, Ukraynanın mövcudluğuna son qoyulacaq.
Teleqraf.com xəbər verir ki, bu fikri Ukrayna Ali Radanın keçmiş deputatı Yevgeni Murayev söyləyib.
Keçmiş parlamentarinin sözlərinə görə, Ukrayna lideri nə etdiyini anlamır. Yevgeni Murayevin fikrincə, Zelenskinin siyasəti məhkəmə sisteminin xarici dövlətlərin əlinə keçməsinə gətirib çıxara bilər. Bu da Ukrayna daxilində şaquli qisasalma yaradacaq.
“Ölkə olmayacaq, torpaqlar olmayacaq, heç nə olmayacaq”, – deyə keçmiş xalq deputatı qeyd edib.
Bundan əlavə, eks-deputat Ukrayna hökumətinin iqtisadi siyasətini tənqid edib. Onun sözlərinə görə, ölkəni sadəcə yağmalayıblar, amerikalı spekulyantlara qazanmaq imkanı veriblər.
Daha əvvəl Yevgeni Murayev ölkədə yeni Maydan başlayacağı təqdirdə, Ukraynanın səkkiz regionunu itirə biləcəyini bəyan etmişdi.