Avropa Parlamenti (AP) Xarici Əlaqələr Komissiyasının video-konfransına qatılan Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun yanındakı loqo qalmaqala səbəb olub.
Teleqraf.com xəbər verir ki, alman millət vəkili Reinhard Bütikofer Türkiyə və Avropa İttifaqı bayraqlarının iç-içə görüntüsündən narahat olub.
Alman millət vəkili həmin logonun silinməsini istəyib: “İki bayrağın montaj şəklini bəyənmədim. Çünki Aİ bayrağındakı ulduzlardan bəzisi türk bayrağındakı ulduzların kölgəsində qalır. Buna görə təqdimat bir daha göstərilməyə bilər. Hətta bir daha göstərilməməlidir ”.
Nazir Çavuşoğlu bu tələbə reaksiya verib: “Çox məyus oldum. Bu bayraqdan uzun illərdir Türkiyənin Avropa Şurası Nazirlər Komitəsinin loqosu olaraq istifadə olunur. Bu loqo görüşlərimizdə dəfələrlə istifadə edilib. Türkiyə ilə əməkdaşlıqdan danışırsınız, ancaq 2008-ci ildən bəri birlikdə istifadə etdiyimiz loqoya belə, dözə bilmirsiz”.