Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşlara qoyulan qadağanın sentyabr 30-dan oktyabrın 31-dək uzadılmasına dair qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, məhdudiyyətlərin Tiflis beynəlxalq hava limanı ilə Münhen, Paris və Riqa hava limanları arasında həyata keçirilən beynəlxalq uçuşlara şamil olunmayacağı bildirilib.
Bundan əvvəl bildirilmişdi ki, Gürcüstan hökuməti epidemioloji vəziyyətlə əlaqədar ölkənin böyük şəhərlərindəki məktəb və universitetlərdə tədris ilinin başlanmasını sentyabrın 15-dən oktyabrın 1-dək təxirə salmaqla bağlı qərar qəbul edib.