13 Sentyabr 2020 00:54
1 619
12 Punto 14 Punto 16 Punto 18 Punto

BŞ Prezidenti Donald Tramp ötən gün sosial şəbəkədə Bəhreynin İsrail ilə münasibətlərini bərpa etmək üçün razılığa gəldiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Trampın açıqlamasından sonra bir çox ərəb ölkə və təşkilatları Bəhreynin bu qərarını qınayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qərarın qanunsuz olduğunu bəyan edib. Bəyanatda vurğulanır ki, qərarın verilməsində məqsəd İslam dünyasını istismar etmək və Fələstindəki işğalçı qüvvələri qorumaqdır.

SEPAH Bəhreynin verdiyi qalmaqallı qərara görə bu dövləti təhdid edib: "Bu qərar qəbuledilməzdir, intiqamımızı gözləyin".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər