14 Oktyabr 2014 08:49
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britanya yaxın gələcəkdə ABŞ və Fars körfəzi ölkələrinin Suriyadakı İŞİD qruplaşmalarının mövqelərinə yönəlmiş hava zərbələri əməliyyatlarına qoşulmaq niyyətində deyil

Teleqraf.com-un RİA Novosti-yə istinadən məlumatına görə, bu fikri Britaniya XİN başçısı Filip Hammond səsləndirib.

“Mən buna təcili zərurət görmürəm. Anladığım qədərilə, ABŞ Suriyada yerləşdirdiyi qüvvələrdən tam razıdır. Əlbəttə, heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir, ancaq indi, fikrimcə, belə bölgü yaxşı işləyir: biz İraqdakı məqsədlərə konsentrasiya olmuşuq, ABŞ və Fars körfəzi ölkələri isə Suriyaya cəmləşiblər”, - deyə Hammond onu İraq səfərində müşayiət edən jurnalistlərə deyib.

Xatırladaq ki, Böyük Britaniya parlamenti sentyabrın 26-da İraqdakı İŞİD qruplaşmaları qüvvələrinə hava zərbələri endirilməsi əməliyyatında ölkənin iştirakına razılıq vermişdi. Baş nazir Devid Kemeron Böyük Britaniyanın Suriyadakı əməliyyatlara qoşulacağını istisna etmir, lakin bününçün mütləq parlamentin razılığı lazımdır.


Müəllif:

Oxşar xəbərlər