Avropa ölkələrində COVİD-19 infeksiyasının yoluxma səviyyəsi narahatlıq doğurur.
Teleqraf.com-un məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüge deyib.
O bildirib ki, Avropada sentyabrda qeydə alınan rəqəmlər mart və aprellə müqayisədə daha yüksəkdir və bu, hər kəs üçün həyəcan siqnalı olmalıdır.
ÜST nümayəndəsi, həmçinin bəzi ölkələrin karantin rejimini azaltmaq qərarı ilə bağlı da narahatlıq ifadə edib:
“Biz bilirik ki, karantinin ən cüzi şəkildə azaldılması belə insana və cəmiyyətə necə böyük təsir göstərir. Region ölkələrini standart elmi prosedurlara əməl etməyə və karantin rejiminin təhlükəsiz şəkildə azaldılmasının yollarını axtarmağa çağırıram”.