18 Sentyabr 2020 13:51
1 620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada son sutka ərzində koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 5 905 nəfər təşkil edib. Bu, iyulun 20-dən bəri maksimum yoluxma saydır.

Teleqraf.com xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə infeksiya ilə mübarizə üzrə Operativ Qərargahdan məlumat verilib.

Qərargahın məlumatına görə, 34 gündür ki, sutkalıq artım 0,5%-i keçmir.

Gündəlik ən aşağı artım tempi Nen Muxtar Dairəsində (0%), Smolensk və Moskva vilayətlərində (hər biri 0,2%), Çuvaş Respublikasında, Tula vilayətində və Çeçenistan Respublikasında (hər biri 0,3%) qeydə alınıb.

Son sutka ərzində Rusiyada 134 nəfər virusun qurbanı olub.

Rusiya Federasiyasında ümumilikdə 1 091 186 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 901 207 nəfəri sağalıb. 19 195 nəfər virusun qurbanı olub. Hazırda 170 784 nəfər müalicə alır.


Müəllif: Səxavət