22 Sentyabr 2020 16:09
2 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus mütəxəssisləri “Vostoçnıy” kosmodromunun tikintisinə qoşula bilərlər.

Teleqraf.com xəbər verir ki, bunu sentyabrın 22-də Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Primorsk diyarının qubernatoru ilə görüşdə bəyan edib.

Onun sözlərinə görə, bu ehtimalı Rusiya Prezidenti Vladimir Putinlə də müzakirə edib və bir, yaxud iki Belarus tikinti trestini kosmodroma göndərməyə hazırdır.

“Mən bu kosmodromun tikintisində iştirak etmək və öz imkanlarımızı, Belarus inşaatçılarının nəyə qadir olduqlarını nümayiş etdirmək istərdim”, – deyə Belarus Prezidenti bildirib.

Lukaşenko əlavə edib ki, qiymətlər və işin keyfiyyəti baxımından belaruslar hətta yaponları və ya koreyalıları üstələyəcəklər. Bundan əlavə, Belarus lideri 2021-ci ildə Primorye və Kamçatkanı ziyarət etməyə hazırlaşır.

Təxminən 700 kvadrat kilometr əraziyə malik “Vostoçnıy” kosmodromu Amur vilayətinin Siolkovski şəhəri yaxınlığında yerləşir. Prezident Vladimir Putin kosmodromun inşası ilə bağlı 2007-ci ildə fərman imzalayıb.

İlk start kompleksinin inşasına 2012-ci ildə başlanıb və 2016-cı ildə başa çatdırılıb. İkinci növbənin inşası 2019-cu ilin may ayında start götürüb və 2022-ci ilin dekabrına qədər başa çatdırılmalıdır.


Müəllif: Səxavət

Oxşar xəbərlər