Amerika lideri Donald Tramp Birləşmiş Ştatlarda prezident seçkilərindən sonra hakimiyyətin dinc yolla ötürülməsinə təminat verməklə bağlı sualı birbaşa cavablandırmayıb.
Teleqraf.com xəbər verir ki, Tramp keçirdiyi mətbuat konfransında deyib:
“Baxaq, görək nə baş verir. Bilirsiniz ki, mən səsvermə ilə bağlı (poçt vasitəsilə səsverməni nəzərdə tutur) kəskin narazılığımı bildirmişəm. Bu bir fəlakətdir”, – deyə “CNBC” onun sözlərindən sitat gətirir.
Trampa seçkidə məğlub olacağı təqdirdə hakimiyyətin dinc yolla ötürülməsi barədə sual verilib. Prezident qələbəsinə əmin olduğunu bildirib və bəyan edib ki, heç bir transfer olmayacaq, o, vəzifəsinə davam edəcək.
Bundan əvvəl Tramp Demokrat Partiyasını ölkədəki prezident seçkiləri ərəfəsində “çirkli oyun” oynamaqda ittiham etmişdi. Dövlət başçısı buna misal olaraq, seçicilərə 80 milyon “istənilməyən bülleten”in poçtla göndərilməsini göstərib.