25 Sentyabr 2020 11:21
8 802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqına üzv dövlətlərin Daimi Nümayəndələr Komitəsi (COREPER) Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Son qərar sentyabrın 28-də COREPER-in növbəti iclasında veriləcək. Ehtimal olunur ki, komitə fərdi sanksiyaların yeni siyahısı barədə razılığa gələcək.

Məlumatda sanksiyaların Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən addımlarla əlaqəli olaraq yenilənə biləcəyi deyilib.

Moskva ilə Brüssel arasında münasibətlər Ukraynanın Krım bölgəsinin 2014-cü ildə qanunsuz olaraq Rusiyaya ilhaq edilməsindən sonra pisləşib. Həmin il ABŞ, Aİ və bəzi digər dövlətlər yarımadanın “ilhaq”ı səbəbiylə Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər. Kiyev bu ərazilərin işğal edildiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər