25 Sentyabr 2020 17:07
1 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Müdafiə naziri David Tonoyan Rusiya Federasiyasına işgüzar səfər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə təcavüzkar ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfərdə məqsəd “Qafqaz-2020” strateji komanda qərargah təliminin əsas mərhələsində iştirak etməkdir.

“Qafqaz-2020” təlimləri sentyabrın 21-dən 26-dək Cənub Hərbi Dairəsində, eləcə də Qara və Xəzər dənizlərində keçirilir. Təlimə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov rəhbərlik edir.

Manevrlərdə Rusiya Silahlı Qüvvələri ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin və Milli Qvardiyanın əməkdaşları, habelə altı xarici ölkədən – Ermənistan, Belarus, İran, Çin, Myanma və Pakistandan minə qədər hərbçi daxil olmaqla təxminən 80 min nəfər iştirak edir.

Təlimlər Rusiyanın Həştərxan vilayətinin şimal-qərbində yerləşən Kapustin-Yar raket poliqonunda keçirilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər