26 Sentyabr 2020 14:00
4 934
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının Suriya qolu PYD-nin liderlərindən olan Salih Müslim Ankara prokurorluğu tərəfindən aparılan araşdırma çərçivəsində həbs edilmiş HDP-nin sabiq deputat və üzvlərinə görə sükutu pozub.

Teleqraf.com xəbər verir ki, Türkiyəyə qarşı düşmən münasibəti ilə seçilən Müslim tvitter ataraq Türkiyənin vətəndaş müharibəsinə "qapı açıldığını” iddia edib:

“Buluddakı düyü qurtardıqdan sonra evdəki bulğura yönəldilər. Tapa bilmədikdə evi sökməyə başladılar. Vay, bu gözəl ölkəyə... Vətəndaş müharibəsinin qapısı son HDP əməliyyatı ilə açıldı”.

Qeyd edək ki, Ankara prokurorluğunda aparılan cinayət işi çərçivəsində Xalqların Demokratik Partiyasının (HDP) keçmiş deputat və tanınmış şəxsləri, bələdiyyə sədrləri də daxil olmaqla bir çox insanlar saxlanılıb.

PKK-nın Suriya qolu olan YPK/PYD liderləri Türkiyənin atdığı bu addımlardan ciddi narahat olublar.


Müəllif: Cavad