Suriyanın Türkiyə ilə sərhəd yaxınlığında yerləşən Ras əl-Ayn şəhərində partlayış baş verib.
Teleqraf.com-un məlumatına görə, bu barədə "SANA" agentliyi bildirib.
Məlumata əsasən, hadisə nəticəsində ikisi uşaq olmaqla yeddi dinc sakin həlak olub.
Bildirilib ki, şəhərin mərkəzində park edilmiş avtomobil partladılıb.