Kobani hər an “İraq-Şam İslam Dövləti” terror təşkilatının nəzarətinə keçə bilər.
Teleqraf.com itar-tass.coma- istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland bildirib.
Onun sözlərinə görə, Türkiyə İŞİD-ə qarşı döyüşən Suriyadakı kürd əsgərlərinə yardımların çatdırılması üçün sərhədi açmalıdır.
Bundan əlavə Olland bütün ölkələri İŞİD-ə qarşı yaradılmış koalisiyaya yardım etməyə çağırıb. O əlavə edib ki, Fransa hökuməti bundan sonra da Suriyaya yardımlar göstərəcək.
Samir