29 Sentyabr 2020 21:13
6 805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Ermənistan ordusuna təlim verdiyi iddia edilən görüntülər ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, Yunanıstan Silahlı Qüvvələrinin (7-ci Amfibiya Bölüyü) Baş Qərargahın müşahidəsi altında Afinanın Nea Peramo bölgəsində erməni hərbçilərinə təlim keçdiyi bildirilib.

Görüntülərin 2017-ci il 6-9 iyun tarixlərində çəkildiyi deyilib. Təlim əsnasında yunan ordusunun 2 günlük təlim verdiyi erməni qüvvələrinə sürətli reaksiya, yaxın döyüş atışları və küçə döyüşü məşqləri öyrətdiyi qeyd edilib.

60 nəfərlik erməni şəxsi heyətinə Yunanıstan Quru Qoşunlarının komandanlığı tərəfindən təlim verildiyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu