Sistan-Bəlucistan əyalətinin sərhədyanı Sirkan bölgəsində İran sərhədçisi həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat yayan İran mətbuatı Bəhruz Herati Müqəddəm adlı hərbçinin hansı şəraitdə ölməsi ilə bağlı detalları açıqlamayıb.
Əlavə edək ki, dünən Sistan-Bəlucistanda baş verən qarşıdurmada naməlum şəxslərin SEPAH hərbçilərinə atəş açması nəticəsində 3 nəfər həlak olmuşdu.
Qeyd edək ki, sözügedən əyalətdə tez-tez İran hərbi qüvvələri ilə etnik silahlı bəluclar arasında toqquşmalar baş verir.