2 Oktyabr 2020 20:25
3 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın koronavirusa yoluxmasından sonra “Qiyamət günü təyyarələri” adlandırılan “E-6B Merkuri” ABŞ-ın hər iki tərəfindən havaya qalxıb.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın dəniz və quru nüvə raketlərini vurma qabiliyyətinə sahib olan “E-6B Merkuri” təyyarələrinin havaya qaldırılmasının prezidentin xəstələnməsi halında tətbiq olunan standart təhlükəsizlik protokolu olduğu bildirilib.

Amerikalı siyasi ekspert Tim Hoqan deyib ki, “E-6B Merkuri” təyyarələrinin havaya qalxması sualtı və qitələrarası ballistik raketlər buraxmağı bacaran ölkələrə bir mesajdır.

“Forbes” bunun Rusiya, Çin və Şimali Koreya kimi rəqib ölkələrə “Baş komandan xəstə olsa da, nüvə komandanlığı sistemi toxunulmazdır” mesajı olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər