6 Oktyabr 2020 12:12
11 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Overn Ron Alp şəhər meriyası Azərbaycanın mülki əhalisinin yaşadığı əraziləri atəşə tutan işğalçı Ermənistana tibbi yardım göndərəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Şəhər meri Loren Voke Ermənistan üçün dərman və təcili yardım malları topladıqlarını açıqlayıb.

Lakin fransız mer yardım qutularını hazırladıqdan sonra sosial şəbəkədə paylaşdığı saxta xəritə diqqət çəkib. Həmin xəritədə Türkiyənin şərqi “Qərbi Ermənistan” kimi göstərilib. Habelə Azərbaycanın cənub bölgəsi, Mərkəzi Aran və Güney Azərbaycanın bir hissəsi, o cümlədən Dağlıq Qarabağ ətrafındakı ərazilərimiz də xüsusi rənglə “erməni torpaqları” kimi təqdim edilib. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi isə “müstəqil subyekt” - “Arsax” kimi verilib…

Fotonu təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər