Pakistanın sabiq prezidenti, müxalifətdəki Pakistan Xalq Partiyasının lideri Asif Əli Zərdari xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, Zərdari ötən gecə özünü pis hiss etdiyi üçün Karaçi xəstəxanasına çatdırılıb.
Həkimlər sabiq prezidentin tibbi müayinədən keçirildiyini bildirib, amma onun səhhətinə dair açıqlama verməyib.
Qeyd edək ki, sabiq prezident bir sıra korrupsiya əməllərinə görə tənqid edilir. Ötən il korrupsiya iddiaları səbəbindən həbs edilən eks-prezident 6 aylıq həbsin ardınca səhhətindəki problemlərə görə azad edilib.
Xatırladaq ki, Pakistanın ilk qadın baş naziri olan və 2007-ci ildə Talibanın sui-qəsdi ilə öldürülən Bənazir Bhuttonun əri olan Zərdari 2008-ci il seçkiləri zamanı prezident seçilib və 2013-cü ilə qədər prezident səlahiyyətlərini həyata keçirib.