İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ölkəsinə qarşı silah embarqosunun müddətinin başa çatdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İran XİN rəhbəri özünün Tvitter hesabında yazıb.
Nazir qeyd edib ki, beynəlxalq ictimaiyyət ABŞ-ın səylərinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini müdafiə etdi.
Qeyd edək ki, bu qətnamədə İranın nüvə silahı hazırlamaq və ya əldə etmək cəhdlərindən imtina etdiyi Birgə Hərtərəfli Fəaliyyət Planının qəbul edildiyi vurğulanır.