Amerika ordusu quru döyüşlərində iştirak etməyəcək.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ müdafiə naziri Çak Hegel bildirib. Onun sözlərinə görə, Obamanın Suriya və İraqda quru hərəkatına qatılmayacağı ilə bağlı öhdəlikləri var. Hegel bu ərazilərdə quru döyüşlərində ancaq yerli hərbiçilərin iştirak ediləcəyini qeyd edib.
Pentaqon sözçüsü koalisiya qüvvələrinin Suriya və İraq hərbiçilərinə bu məsələdə yalnız təlim vasitəsilə kömək edə biləcəyini deyib.
Samir