Rusiya prezidenti Vladimir Putin sabah Milanda ukraynalı həmkarı Petro Poroşenko ilə görüşəcək.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, görüş Asiya-Avropa sammiti çərçivəsində baş tutacaq. Sammitdə 50 ölkənin dövlət və hökumət rəhbərləri iştirak edəcək.
Yayılan məlumatlara görə, görüşdə Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel də iştirak edəcək. Müzakirələr zamanı əsas diqqət mərkəzində Ukraynanın şərqində təhlükəsizliyin və sabitliyin təmini olacağı qeyd edilir.
Sammit ərəfəsində Angela Merkel bildirib ki, danışıqlar zamanı Misnk razılaşmalarının müddəaları bir daha müzakirə olunacaq: “Bu görüşdən gözləntilərim böyükdür. Düşünürəm ki, danışıqlar vəziyyətin stabilləşdirilməsinə gətirib çıxaracaq”.
Samir