Fransa ərəb ölkələrinə müraciət edərək, bu ölkənin məhsullarına qarşı boykot kampaniyalarını dayandırmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
“Sosial şəbəkələrdə Yaxın Şərqin bir çox ölkəsində fransız mallarının boykot və Fransa əleyhinə nifrət çağırışları yayılır”, - XİN-in açıqlamasında bildirilib.
Məlumata görə, Fransa Prezidenti Emmanuel Makronun Məhəmməd peyğəmbəri təhqir edən karikaturların yayılmasını dəstəkləməsindən sonra İordaniya, Küveyt və Qətərdəki bəzi super marketlərdə fransız parfümeriya şürkətlərinin məhsullarının satışı dayandırılıb.
Fransız mallarını boykot edənlər arasında Səudiyyə Ərəbistanı, Misir, Suriya, Liviya və Fələstin də var.
Əlavə edək ki, Fransaın Tuluza, Paris və digər iri şəhərlərindəki dövlət idarələrində İslam peyğəmbərini təhqir edən karikaturalar asılıb. Qurumların bu addımı Makron tərəfindən dəstəklənib.