İran koronavirusa yoluxma və qurbanların sayı ilə bağlı eyni gündə iki anti-rekordu yeniləyib.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib.
Səhiyyə Nazirliyinin nümayəndəsi “IRINN” telekanalının efirində son 24 saat ərzində koronavirus infeksiyasına 6968 yoluxma hadisəsinin aşkarlandığını, 346 nəfərin vəfat etdiyini qeyd edib.
Bununla da səlahiyyətli orqanların ölkədə COVID-19 koronavirus infeksiyasının aşkarlandığını elan etdiyi 19 fevraldan bəri yoluxmuş insanların ümumi sayı 581 824, qurbanların sayı 33 299 nəfərə çatıb. Eyni zamanda indiyədək sağalanların sayının ən az 463 611-ə çatdığı qeyd olunub.
Bundan öncə sutka ərzində maksimum yoluxanların sayı 6191, qurbanların anti-rekord göstəricisi 337 nəfər idi.