17 Oktyabr 2014 07:43
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiya prezidenti Vladimir Putin Almaniyanın kansleri Ancela Merkellə görüş keçirib. Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, Milanda zirvə toplantısı çərçivəsində baş tutan görüşdə tərəflər yenə də Ukrayna böhranını müzakirə ediblər.

Görüş barədə Kremlin rəsmi saytı qısa məlumat yayıb. Müvafiq xəbərdə bildirilir ki, İtaliyaya işgüzar səfəri zamanı Vladimir Putininin Almaniyanın Federal kansleri Ancela Merkellə görüşüb. Danışıqların əsas mövzusunun Ukrayna olduğu bəlli olsa da, Rusiya prezidentinin rəsmi internet portal bu barədə məlumat verməyib.

Xatırladaq ki, Rusiya Federasiyası prezidentinin və AFR kanslerinin görüşü Ukrayna bir neçə saat daha əvvələ planlaşdırılmışdı. Ancaq Putinin gecikməsinə görə, alman tərəfi KİV-ə xəbərdarlıq edərək planlaşdırılan görüşü ləğv etmişdi.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər