1 Noyabr 2020 00:25
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 39 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yaralananların sayı 885 nəfərdir.

***

İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 36 nəfərə yüksəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Son məlumatlara əsasən, 885 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Onlardan təxminən 20 nəfərin vəziyyəti ağırdır.

Oktyabrın 30-da baş verən zəlzələdən indiyədək ərazidə 543 afterşok qeydə alınıb. Onlardan 37-si 4 baldan yüksək olub.

Hadisə yerini Türkiyənin vitse-prezidenti Fuat Oktay da ziyarət edib.


Müəllif: Teleqraf.com