“Türkiyənin Ağrı vilayətində yerləşən Ağrı dağında Azərbaycan və Türkiyə bayraqları proyeksiya olunacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Ağrı şəhərinin bələdiyyə sədri Savcı Sayan məlumat verib.
“Ağrı Bələdiyyəsi olaraq, sürətlə bu məsələ üzərində işləyirik. Yaxın günlərdə Ağrı dağında Ermənistandan bu mənzərəni görəcəksiniz. Ümid edirəm ki, cəbhədə Ermənistana “motivasiya” olacaq”, - bələdiyyə başçısı qeyd edib.
Əlavə edək ki, Azərbaycan ərazilərinin bir hissəsini işğal edən Ermənistan eyni zamanda Türkiyəyə qarşı da torpaq iddiası irəli sürür. Hayların “tarixi erməni torpağı” kimi baxdığı ərazilərdən biri də Türkiyənin Ağrı vilayətidir.