4 Noyabr 2020 14:13
4 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ ordusunun hər hansı qarışıqlıqda rolu olmayacaq, Trampı Ağ Evdən uzaqlaşdırmaq bizim vəzifəmiz deyil”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş qərargah rəisi Mark Milley deyib.

Mark Milleyin ötən həftəsonu generallar və bir sıra media qurumlarının rəhbərləri ilə gizli video görüş keçirdiyi iddia edilib.

Qərargah rəisi ölkədəki prezident seçkilərinə hərbi müdaxilənin olacağı ilə bağlı fərziyyələrə cavab verib.

O, hərbçilərin tamamilə siyasətdən kənar dayandığını və prezidenti Ağ Evdən uzaqlaşdırmaq səlahiyyətlərinin olmadığını söyləyib: “ABŞ ordusunun hər hansı bir iğtişaşda rolu olmayacaq, Trampı Ağ Evdən uzaqlaşdırmaq bizim vəzifəmiz deyil”.

Görüşə Milleydən başqa daha dörd generalın qatıldığı bildirilib. Onların arasında Kiber Qüvvələrin komandanı Paul Nakason və Milli Qvardiyanın rəisi Daniel Hokansonun olduğu iddia edilib. Eyni zamanda, “ABC”dən Corc Stefanopoulos, “CBS”dən Nora Odanell, “NBC”dən Lester Holt, “CNN”dən Cim Skiutto və “Fox”dan Marta Makkallumun da görüşdə iştirak etdiyi deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər