5 Noyabr 2020 22:37
3 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da seçki sisteminin həyata keçirilməsində qüsurlar üzə çıxır. Seçkilər başa çatsa da, nəticələr açıqlanmayıb. Bununla yanaşı Respublikaçılar Partiyası bir neçə ştatda seçki pozuntuları və səslərin hesablamalarında qüsurlar taparaq məhkəmələrə müraciət edib. Mən poçt vasitəsilə səsvermə sistemində qüsurların olmasını istisna etmirəm.

Bu fikirləri Teleqraf.com-a deputat Asim Mollazadə noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkiləri və seçkilərdən sonra yaranan mübahisələri şərh edərkən deyib.

Deputat bildirib ki, hazırda ABŞ-da sol ideologiya ilə ciddi toqquşma müşahidə olunur: “ABŞ-da sosialist tendensiyaları, ölkənin demoqrafiyasında müəyyən dəyişikliklərə və xaricdən təsirlərin nəticəsində solçu qüvvələr fəallaşıb. Əvvəllər ABŞ-da sosialist sözünü istifadə etməyə utanırdılar.İndi orada Kommunist Partiyası fəallaşıb. Eləcədə yarıterrorist təşkilatlar ABŞ-ın bir sıra iri şəhərlərində ictimai asayişi pozur, dükanlara hücum çəkir və quldurluq edirlər. Ölkədə vəziyyəti qarıpşdırıb xaos yaratmaq və Amerikanı zəiflətmək üçün qruplar fəaliyyət göstərir. Əlbəttə, belə qrupların arxasında xarici güc mərkəzlərinin olması da istisna deyil”.

Müsahibimiz əlavə edib ki, Azərbaycanda fəal siyasətlə məşğul olan şəxslər AB, prezident seçkilərində demokratların rəqibi olan Co Baydeni yaxşı tanıyırlar: “Cənab Bayden 1992-ci ildə sabiq dövlət katibi Con Kerri ilə Azərbaycana qarşı 907-ci düzəlişin müəlliflərindən biri olub. Baydenin vitse-prezident təyin edəcəyi xanım Kamala Harris də Kaliforniya ştatındandır, saxta erməni “soyqrımı” prosesində fəal iştirak edib.

Lakin ABŞ-dfa reallıq budur ki, dövlət başçısının hansısa etnik qrupla əlaqəsinin olmasına baxmayaraq ABŞ dövlət maraqları tələb edir ki, siyasəti hansısa formada balanslaşdırasan. Erməni notları ola bilər, amma dövlət maraqlarından imtina etmək də mümkün deyil.

Azərbaycan-ABŞ-la təhlükəsizlik, enerji sektoru daxil olmaqla bir neçə sahədə əməkdaşlıq edir. Bu səbəbdən də ABŞ dövlət maraqları Co Bayden seçilsə belə, tələb edəcək ki, bu maraqları nəzərə alsınlar”.

Asim Mollazadə hesab edir ki, indi Co Baydenin ABŞ prezidenti seçildiyini demək olmaz: “Proses davam edir. Hesablama, məhkəmə prosesləri olacaq. Hələ zəruri səslət toplanmayıb. Toplanan səslər də şübhə altına alınıb. Odur ki, bu məsələ hələ çəkə bilər”.


Müəllif: Cavad

Oxşar xəbərlər