7 Noyabr 2020 18:45
24 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Rusiya arasında nəqliyyat sahəsində yeni müqavilə imzalanıb.

Teleqraf.com xəbər verir ki, anlaşmanın Türkiyənin Moskvadakı səfirliyində keçirilən görüşdə imzalandığı bildirilib.

Görüşdə Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar, Rusiya Nəqliyyat nazirinin müavini Aleksey Semyonov və digər rəsmi şəxslər iştirak edib.

Samsar iki ölkə arasında 1988-ci ildə nəqliyyat sahəsinə dair müqaviləni əvəzləyən yeni razılaşmaya imza atıldığını, son illər Türkiyə və Rusiya arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib.

O, Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin tərəfindən müəyyən olunan 100 milyard dollarlıq ticarət həcminə çatmaq üçün səylərin davam etdiyinə diqqət çəkib: “Avtomobil Nəqliyyat Sazişi ilə ticarət fəaliyyətinin daha da güclənəcəyini düşünürük”.

Semyonov ayrıca mərasimdən sonra jurnalistlərə verdiyi açıqlamada, Rusiya ilə Türkiyə arasında yük daşımalarının davamlı artdığını, bunun da önəmli hissəsinin quru yolla təmin edildiyini vurğulayıb.

İmzalanan müqavilənin strateji əhəmiyyətə malik olduğuna işarə edən Semyonov deyib: “Bugünkü razılaşma qarşılıqlı ticarətimizin artmasına dəstək olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər