Avstraliya, Çin, Yaponiya və Cənubi Koreya da daxil olmaqla 15 Asiya-Sakit okean ölkəsi dünyanın ən böyük sərbəst ticarət müqaviləsini imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu saziş “Regional Əhatəli İqtisadi Tərəfdaşlıq” (RCEP) müqaviləsi adlanır.
Cənub-Şərqi Asiya Millətlər Təşkilatının (ASEAN) 37-ci Liderlər Sammiti çərçivəsində keçirilən RCEP iclasında ASEAN üzvləri - Bruney, Kamboca, İndoneziya, Laos, Malayziya, Myanma, Filippin, Sinqapur, Tailand, Vyetnam, Avstraliya, Çin, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya liderləri səkkiz illik danışıqlardan sonra razılığa gəliblər.
İclasda çıxış edən Sinqapur Baş naziri Li Syanlun RCEP razılaşmasını “böyük bir dönüş nöqtəsi” adlandırıb: “8 il ərzində 46 danışıq və 19 nazir səviyyəsində görüşdən sonra bu günə gəldik. Bu müddətdə yorulmadan çalışan əlaqədar ölkələrin və nazirlərin səylərinə çox minnətdaram”.