Rusiya Xarici işlər naziri Sergey Lavrov “Russia Today” televiziya kanalına müsahibədə ölkəsinin ABŞ və Fransanı Dağlıq Qarabağdakı həll prosesinə daxil etmədiyi iddialarına cavab verib.
Teleqraf.com xəbər verir ki, Lavrov razılaşmada lazımi şərtlərin yaradılmasında ABŞ və Fransanın mühüm siyasi rol oynadığını deyib.
“Fransa Prezidenti Emmanuel Makronun Rusiya Prezidenti Vladimir Putinlə görüşündə də amerikalı və fransız həmkarlarımla Dağlıq Qarabağla əlaqələrimdə də incidikləri hiss olunur. Bu çox üzücüdür”, - Lavrov qeyd edib.
Lavrov Fransa Xarici işlər naziri Jan-İv Le Driananın insanların öldürülməməsini, evlərini tərk etməməsini və Dağlıq Qarabağdakı qaçqın-köçkünlərin sayını artırmamasını istədiklərini izah etməyə çalışdığını bildirib.
Lavrov hər dəqiqənin bir insan həyatına bərabər olduğunu, razılaşmanın şərtlərini dəstəkləyib-dəstəkləmədiyini öyrənmək üçün Vaşinqton və Parisə zəng etməyin uyğun olmadığını söyləyib.
Nazir Rusiyaya qarşı ittihamlar irəli sürməyin mənəvi cəhətdən düzgün və etik olmadığını vurğulayıb.