Honq Konqun polis qüvvələri şəhərin Monq Kok rayonunu zəbt edən nümayişçiləri bibər qazı və dəyənəklərlə dağıtmağa cəhd edib.
Teleqraf.com-un məlumatına görə, şənbə günü baş verən qarşıdurma zamanı rəsmilər 26 nəfərin saxlandığını və 15 polis işçisinin yaralandığını bildirib.
Cümə günü isə səhər reydi zamanı Monq Kokda asayişi təmin edən polis qüvvələrinin daha sonra oraya yenidən toplaşmaq istəyən minlərlə nümayişçiyə nəzarət etməsi nəticəsində qarşıdurma baş verib. Hadisə zamanı 3 hüquq mühafizə işçisinin yaralandığı deyilir.
Nümayişçilərdən ibarət kiçik bir dəstənin toplaşdığı Monq Kok rayonu Honq Konqun Viktoriya limanının qarşısında yeləşir. Monq Kok şəhərin ən sıx alış-veriş və yaşayış ərazisidir.